Xırdalan taksiləri yolda oyun çıxarır: Şikayət - VİDEO

Qaydalar 1 Aprel 2020 16:30 Oxunub 1800
Xırdalan taksiləri yolda oyun çıxarır:  Şikayət - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qulağında telefon qırmızı işıqda keçir

Xırdalan şəhərində bəzi sürücülər yol hərəkəti qaydalarını pozmaqda davam edirlər. Avtosfer.az xəbər verir ki, aprelin 1-i Xırdalan şəhəri Heydər Əliyev prospektində hərəkət edən 99-PB-359 və 99-SC-845 qeydiyyat nişanlı avtomobillərin sürücüləri svetoforun qırmızı işığında hərəkət edərək yolayrıcına yaşıl işıqda daxil olan sürücüyə təhlükə yaradıblar. 99-PB-359 qeydiyyat nişanlı sürücü eyni zamanda sükan arxasında mobil telefondan da istifadə edib.

Qeyd edək ki, hər iki sürücü taksi fəaliyyəti ilə məşğuldur. Xırdalan şəhər sakinləri taksi sürücülərinin özbaşınalığı barədə redaksiyamıza dəfələrlə şikayətlərini göndəriblər. Təəssüf ki, onlara qarşı ciddi nəzarət tədbirləri görülmür.


Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh