Xüsusi karantin rejiminə nəzarət gücləndirildi - FOTO

Gündəm 1 Aprel 2020 17:20 Oxunub 698
Xüsusi karantin rejiminə nəzarət gücləndirildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kimsəsiz insanlara yardım edilir

Siyəzən polisi karantin rejiminə görə gücləndirilmiş iş rejimində çalışır.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə mübariz tədbirləri çərçivəsində rayon və kəndlər ərazisində yaşayan kimsəsiz və aztəminatlı sakinlərin qayğılarına qalaraq, vətəndaş mövqeyi sərgiləyiblər. Bütün ölkə ərazisində həyata keçirilən “Evdə qal” aksiyasına qoşulan qayğıkeş polislərimiz, qonağı olduqları ahıllara mənəvi cəhətdən dəstək olmaqla yanaşı, onlara tibbi ləvazimatlar və müxtəlif ərzaq məhsulları hədiyyə ediblər. Hər bir sakinə müstəqil dövlətimiz tərəfindən soydaşlarımızın sağlamlığın təmin olunması istiqamətində görülən tədbirlərdən danışan əməkdaşlar, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə danışıblar. Yaşlı insanlar onlara göstərilən diqqətə görə polislərə minnətdarlıqlarını bildiriblər.

Həmçinin RPŞ-nin əməkdaşları mütəmadi olaraq səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verir, küçə və prospektlərdə gəzən 65 yaşdan yuxarı insanlarla profikatiki söhbətlər apararaq, onların çölə çıxmamaları bir daha izah olunmaqla yaşadıqları ünvanlara qaytarılması təmin olunur.

Bu tədbirlərdən əlavə DYPB-nin inspektorları tərəfindən rayonun giriş və çıxışlarında yaradılmış müvəqqəti postlarda xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətlərlə bağlı olaraq avtomobillər saxlanılır və sürücülər sakini olduğu rayonlara yönləndirilirlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh