“Mazda” 21 illik “Xedos-9” modellərini geri çağırır

Avtoxəbər 1 Aprel 2020 17:50 Oxunub 1349
“Mazda” 21 illik “Xedos-9” modellərini geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təhlükəsizlik yastığının qaz generatorunda yaranan nasazlıq səbəbindən

“Mazda” Rusiyadan “Xedos-9” modellərini geri çağırır. Avtosfer.az xəbər verir ki, çağırış 1999-cu ilin dekabrın 22-də istehsal edilən avtomobilləri əhatə edir. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, buna səbəb sürücünün təhlükəsizlik yastığının qaz generatorunda nasazlığın müşahidə edilə biləcəyidir.

Ehtimal edilir ki, qəza zamanı qaz generatoru işləməyə bilər və bu da sürücünün ağır yaralanmasına gətirib çıxarar.

Avtoservisə düşən model sahibləri, avtomobillərini yaxınlıqdakı servis mərkəzlərinə gətirərək qüsuru təmir etdirə bilərlər.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh