“Karantin rejimində avtomobil qəzalarının sayı xeyli azalıb” - DYP

Yol polisi 1 Aprel 2020 18:30 Oxunub 1214
“Karantin rejimində avtomobil qəzalarının sayı xeyli azalıb”                - DYP
WhatsApp kanalımıza abunə ola bilərsiniz
K.Əliyev son bir neçə gündə yol qəzasında ölənlərin də sayının xeyli az olduğunu diqqətə çatdırıb

“Son günlərdə karantin rejimi ilə əlaqədar avtomobil qəzalarında kifayət qədər azalma var”.

Avtosfer.az xəbər verir ki, bunu Modern.az-a  Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. Şöbə rəisi deyib ki, ötən gün ərzində ölkə ərazisində cəmi 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb:

“31 mart baş verən yol-nəqliyyat hadisələrinin biri piyadavurma, ikisi toqquşma, biri isə avtomobil aşmasıdır. Avtomobil aşması Qaradağ rayonun, Güzdək qəsəbəsində olub ki, bu qəzada da iki nəfər ölüb, bir nəfər xəsarət alıb. Digər qəzaların hərəsində isə 1 nəfər xəsarət alıb”.

K.Əliyev son bir neçə gündə yol qəzasında ölənlərin də sayının xeyli az olduğunu diqqətə çatdırıb:

“Martın 29-u yol qəzaları nəticəsində ümumiyyətlə ölüm qeydə alınmayıb, ayın 30-u isə avtomobil qəzasında cəmi bir nəfər ölüb. Bu sabitlik ondan əvvəlki günlərdə də müşahidə edilib”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh