"Karantin dövründə mobil bankomatlar yaradılsın" - Deputatdan TƏKLİF

Gündəm 1 Aprel 2020 18:45 Oxunub 1146
"Karantin dövründə mobil bankomatlar yaradılsın"                    - Deputatdan TƏKLİF
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gündəlikdə olan 8 məsələ müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyyə olunub

Bu gün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn ilk iclası keçirilib. İclası Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili aparıb. Gündəlikdə olan 8 məsələ müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

Bundan başqa deputatlar iclasda karantin dövründə mobil bankomatların yaradılması və bir bankın kartı ilə digər banklardan nağd çıxarış edilən zaman faizlərin tutulmaması ilə bağlı müvafiq orqanların qarşısında məsələ də qaldırılıb.

Avtosfer.az-ın məlumatına görə SONXEBER.AZ-a danışan deputat İqbal Məmmədov bildirib ki, ölkəmizdə koronavirusla ciddi karantin rejim elan edilib:
"Bununla yanaşı 65 yaşdan yuxarı insanların çölə çıxması qadağan olunub. Əlbəttə tək yaşayan yaşlılarımız az deyil. Onlar təqaüdlərini çıxarmaq üçün bankomatlara getməlidir. Təəssüf ki, rayonlar da bankomatlar azdır. Təqaüdlər daha çox Kapital Banklara köçürülür. Kapital Bankın kartı ilə başqa bankomatlardan pul çıxarılandan faiz çox çıxır. Biz banklara müraciət etdik ki, koronavirusla bağlı təhlükə keçənə kimi bütün banklar çıxan faizi eyni etsinlər. Belə olarsa insanlarımız rahat şəkildə öz təqaüdlərini çıxara biləcək".

Deputat qeyd edib ki, Lerik rayonunda 160 kənd var. Lakin rayonda cəmi 6 bankomat var. Bu bankomatlar rayonun mərkəzində və iki kənddədir. Bu gün insanlarımız koronavirusa görə evdən çıxa bilmir. Həm də kəndlər arasında məsafə çoxdur. Buna görə də insanlarımız təqaüdlərini çıxara bilmirlər. Təklif etdim ki, bankomat olmayan kəndlərdə təqaüdlər poçtlar vasitəsi ilə paylanılsın. İkinci təklifim mobil bankomatlala bağlı oldu. Mobil bankomat olsa məncə insanlarımız rahat şəkildə təqaüdlərini çıxara bilər".

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh