Yük qatarı “VAZ”a çırpıldı: 1 ölü, 4 yaralı - FOTO

Avtosfer Foto 1 Aprel 2020 20:15 Oxunub 3057
Yük qatarı “VAZ”a çırpıldı: 1 ölü, 4 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis insidentlə bağlı araşdırmalara başlayıb

Rusiyanın Kirov əyalətində qatarın və minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza aprelin 1-də səhər saatlarında Şabalinsk rayonu ərazisində qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.

Məlumata görə, adı açıqlanmaya sürücü idarə etdiyi “VAZ-2114” markalı avtomobillə, dəmir yolu keçidində işıqforun qadağanedici siqnalından keçərək yük qatarı ilə toqquşub. Zərbənin təsirindən maşın deformasiyaya uğrayıb.

Nəticədə avtomobilin qadın sərnişini vəfat edib, daha 4-ü isə xəsarət alıb. Yaralılar, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh