Ekspert: “Bütün avtobuslarda sosial məsafənin saxlanılması mütləqdir”

Gündəm 2 Aprel 2020 14:45 Oxunub 807
Ekspert:                               “Bütün avtobuslarda sosial məsafənin saxlanılması mütləqdir”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İctimai nəqliyyat sektorunda koronavirusun yayılması əleyhinə tətbirlər davam etdirilir

İctimai nəqliyyat sektorunda koronavirusun yayılması əleyhinə tətbirlər davam etdirilir. Bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən sərnişinlərə avtobuslarda sosial məsafəni gözləmələri və yalnız zəruri olduğu halda ictimai nəqliyyatdan istifadə etmələri ilə bağlı çağırışlar edilib.

 

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Qaynarinfo-ya açıqlamasıda bildirib ki, sərnişinlərin bu çağırışlara laqeyd yanaşması xoşagəlməz hallara yol aça bilər:

 

 

"Koronavirusun yayılması əleyhinə tədbirlərin tərkib hissəsi olaraq BNA tərəfindən metro xətlərinə uyğun eskpres marşrut xətləri istifadəyə verilib. Eyni zamanda avtobuslar dezinfeksiya edilib və bütün avtobuslara dezinfeksiya edici avadanlıqlar quraşdırılıb. Sərnişinlərə zərurət olmadığı halda evdən çıxmamaları ilə bağlı xəbərdarlıq bildirilib. Vətəndaşlar düşünməlidir ki, bir nəfərin prosesə laqeyd yanaşması digərlərinin də virusa yoluxmasına və vəziyyətin pisləşməsinə səbəb ola bilər. BNA dayanma-durma qaydaları ilə bağlı cərimələri də ləğv edib. Avtobuslarda oturacaq yerlərinin yarısında sərnişinlər arasında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub. Oxşar kampaniya Türkiyədə də başladılmışdı. BNA tərəfindən də tətbiq edilir. Hələ ki, bu kampaniyanın yalnız "Bakubus” avtobuslarında olduğunu bilirəm. Düşünürəm ki, digər avtobuslarda da buna riayət edilməsi yaxşı olar. Sərnişinlər də vəziyyətin ciddiliyinin fərqinə varıb deyilənlərə əməl etməli, zərurət olmazsa evdən çıxmamalıdır. Əks halda acınacaqlı hallar ortaya çıxa bilər. Avtobuslarda sərnişin sıxlığını azaltmaq üçün hələ ki, tam sərt və icbari tətbiqlər etmək olmur. Çünki bizdə hələ vəziyyət digər ölkələrdə olduğu qədər acınacaqlı deyil. İnsanlarımız işə gedir, ictimai nəqliyyatdan istifadə edir. Lakin sərnişinlər elan edilən çağırışlara laqeyd yanaşsalar çox güman digər zəruri qaydalar tətbiq ediləcək. Odur ki, vətəndaşlar özləri hökumət tərəfindən edilmiş sosial çağırışlara uyğun davranmalı və tətbiq olunan qaydalara riayət etməlidir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh