DANX: Hələ də tələb olunan sərnişin azalmasına nail ola bilmirik

Gündəm 2 Aprel 2020 15:10 Oxunub 872
DANX:                     Hələ də tələb olunan sərnişin azalmasına nail ola bilmirik
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün avtobusların salonları yoxlanılır

Bakı-Sumqayıt-Abşeron halqası üzrə aprelin 1-nə olan statistikaya əsasən Bakı-Sumqayıt istiqamətində xidmət göstərən cari avtobus sayı 30 ədəd, daşınan gündəlik sərnişin sayı 2320 nəfərdir. Avtosfer.az-ın məlumatına      bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.Onun sözlərinə xüsusi karantin rejimi dövrünə qədərki daşınan sərnişin sayı 14550 nəfər olub. Bakı-Abşeron halqası üzrə cari avtobus sayı 49 ədəd, daşınan cari sərnişin sayı 9315 nəfərdir. Məhdudlaşdırılan dövrə qədər gündəlik daşınan sərnişin sayı bu halqa üzrə 23350 nəfər olub. Sumqayıt-Abşeron halqası üzrə cari avtobus sayı 56 ədəd, daşınan sərnişin sayı 9304 nəfərdir. Analoji əvvəlki dövrlərdə sərnişin axını bu istiqamət üzrə 22900 nəfər olub. Sərnişin axınında hər halqa üzrə azalma 70-80 faiz arasında olsa da, hələ də tələb olunan sərnişin azalmasına nail ola bilmirik.
Sərnişinlərdən ricamız, Operativ Qərərgahın yeni tələblərinə əməl edərək, evlərindən rəsmi iznləri və ya tələblərdə qeyd edilən vacib səbəblər haqqında əsaslandırmaları yoxdursa, zəruri səbəbdən səfərə çıxmalı olan insanların yollarda ləngiməsinə səbəb olmasınlar.
Bütün avtobusların salonları yoxlanılır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh