Üzərində yük maşını olan körpü çökdü: 2 nəfər xəsarət alıb - FOTO

Qəzalar 2 Aprel 2020 15:50 Oxunub 1197
Üzərində yük maşını olan körpü çökdü: 2 nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza yerinə təcili tibbi yardım və xilasetmə xidmətinin əməkdaşları cəlb edilib

İtaliyada körpü, üzərində yük maşını hərəkətdə olarkən çöküb. Avtosfer.az xəbər verir ki, insident Sardiniya adasının cənubunda qeydə alınıb. Bu barədə “RAI News 24” xəbər kanalı məlumat yayıb.

Məlumata görə, kanal üzərində yerləşən nəqliyyat körpüsünün uzunluğu 10 metr, hündürlüyü isə 6 metr olub.

Bildirilir ki, qəza vaxtı yük maşınının salonunda sürücü və 1 sərnişin olub. Hadisə zamanı onlar yüngül xəsarətlər alıblar.

Qəza yerinə təcili tibbi yardım və xilasetmə xidmətinin əməkdaşları cəlb edilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh