Əyləci xarab olan TIR 10 maşına çırpıldı: 5 ölü, 15 yaralı - ANBAAN VİDEO

Avtosfer Foto 2 Aprel 2020 19:41 Oxunub 3185
Əyləci xarab olan TIR 10 maşına çırpıldı: 5 ölü, 15 yaralı - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar

Bu gün Türkiyənin Hatay əyalətində əyləci xarab olan TIR-ın 10 nəqliyyat vasitəsinə çırpılması ilə bağlı məlumat vermişdik. Avtosfer.az DHA-ya  istinadən xəbər verir ki, həmin qəza nəticəsində 5 nəfər ölüb, daha 15 nəfər isə xəsarət alıb. 

 

****17:50***

 

Türkiyənin Hatay əyalətində yük maşınının iştirakı ilə kütləvi yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident aprelin 2-də İskenderun rayonunda qeydə alınıb.

Məlumata görə, əyləci xarab olan TIR yüksək sürətlə, Hatay-Belen avtomagistralı üzərinə yerləşən polisin nəzarət-buraxılış məntəqəsi qarşısında gözləyən 10-a yaxın nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən avtomobillərin əksəriyyəti deformasiyaya uğrayıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində xeyli sayda insan xəsarət alıb.

Yaralılar, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməkliyi ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Digər təfərrüatlar barədə məlumat verilmir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh