"İşə avtobus və taksi ilə gedin tövsiyəsi ciddi yanlışlıqdır" - Ərşad Hüseynov

Gündəm 2 Aprel 2020 18:50 Oxunub 1991
"İşə avtobus və taksi ilə gedin tövsiyəsi ciddi yanlışlıqdır" - Ərşad Hüseynov
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İşçilərin servis avtobusları ilə daşınması həmin şəxslərin yoluxma riski azaltmış olacaq

"Həyat əhəmiyyətli obyektlərdə, fəaliyyəti davam edən təşkilatlarda çalışanlara tövsiyə edilir ki, işə öz avtomobilinizlə deyil, avtobus və taksi ilə gedin. Çox ciddi yanlışlıqdır." Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, BNA bütün qüvvələri səfərbər edərək, metronun da yükünü götürməyə, maksimum dərəcədə sosial izolyasiya tələblərini də gözləməklə hamının daşınmasını təmin etməyə çalışır. "Amma sərnişin axını bu tərzdə davam edərsə, hazırda daşıyıcılarda olan bütün avtobusları xəttə buraxsalar, bəzi vaxtlar sərnişin sıxlığı olacaq. Avtobus isə virusun yayıla biləcəyi ən təhlükəli məkandır. Ona görə də həyat əhəmiyyətli işlərlə məşğul olanların fərdi avtomobilləri ilə gedib gəlməsi ən yaxşı variantdır. Sadəcə qısa zamanda onlara və avtomobillərinə buraxılış vermək lazımdır ki, rahat gedib gələ bilsinlər." 

Hüquqşünas hesab edir ki, işçilərin servis avtobusları ilə daşınması həmin şəxslərin yoluxma riski azaltmış olacaq.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh