Cəlilabadda xüsusi karantin rejiminə nəzarətlə bağlı tədbirlər gücləndirilib - FOTO

Gündəm 2 Aprel 2020 22:00 Oxunub 1456
Cəlilabadda xüsusi karantin rejiminə nəzarətlə bağlı tədbirlər gücləndirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşlarına və rayonun hüquq-mühafizə orqanlarının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər

Cəlilabadda xüsusi karantin rejiminə nəzarətlə bağlı görülən tədbirlər daha da gücləndirilib. Avtosfer.az xəbər verir ki, bu istiqamətdə həyata keçirilən işlərin səmərəliliyini artırmaq və yeni növ koronavirus infeksiyasına qarşı mübarizəni daha da kəsərli aparmaq üçün polis əməkdaşları ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də şəxsən sakinlərlə maarifləndirici söhbətlərdə iştirak edir, tapşırıq və tövsiyyələrini verirlər. Belə ki, Cəlilabad rayonunda əhalinin sıx məskunlaşdığı, ticarət obyektlərinin daha çox olduğu ərazilərdə sakinlərin maarifləndirilməsi işi daha da gücləndirilib. Hər bir vətəndaşa xüsusi karantin günlərində evdən çölə çıxmağın onların və yaxınlarının sağlamlığı baxımından təhlükəli olduğu izah edilir. Eyni zamanda hazırda fəaliyyətini davam etdirən obyektlərdə gigiyena qaydalarının gözlənilməsinin və virus infeksiyasının yayılmasına qarşı görülməli olan tədbirlərin vacibliyi diqqətə çatdırılır. Sakinlər də öz növbəsində onların sağlamlığını diqqətdə saxlayan polis əməkdaşlarına və rayonun hüquq-mühafizə orqanlarının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh