Bakıda itkin düşən 4 nəfər tapıldı

Gündəm 3 Aprel 2020 10:15 Oxunub 923
Bakıda itkin düşən 4 nəfər tapıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
3 nəfər saxlanılıb

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də 20 cinayətin üstü açılıb. Onlardan 2-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Avtosfer.az xəbər verir ki, quldurluq üzrə 1, narkotiklərlə əlaqəli 8, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 3 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh