Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu,6 nəfər sağaldı

Gündəm 3 Aprel 2020 14:15 Oxunub 916
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu,6 nəfər sağaldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin şəxslərdən 7 nəfərin vəziyyəti ağırdır

Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahından Avtosfer.az-a verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 7 nəfərin vəziyyəti ağır, 12 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh