SMS-lərə ən gec bir saata cavab veriləcək

Gündəm 3 Aprel 2020 15:30 Oxunub 936
SMS-lərə ən gec bir saata cavab veriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaşlar öz işlərini planlaşdırarkən bu bir saatı nəzərə alsınlar

"Biz gözləyirik ki, evdən çıxmağa icazə üçün qısa müddət ərzində SMS xidmətinə kütləvi müraciətlər olacaq. Onun üçün vətəndaşlardan səbrli olmağı xahiş edirik". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov Azərbaycanda karantin rejimində evdən çıxma qaydalarını açıqlayarkən deyib.

Onun sözlərinə görə, cavablar 5-10-15 dəqiqə gecikə bilər: "Ümumiyyətlə biz planlaşdırırıq ki, SMS-lərə ən gec bir saat ərzində cavab verilə bilər. Vətəndaşlar öz işlərini planlaşdırarkən bu bir saatı nəzərə alsınlar. Bir saat qabaqcadan öz müraciətlərini etsinlər. Əgər onların müraciətindən sonra icazə SMS-i almayıblarsa, vətəndaşlar səbrli olsunlar. Ümumiyyətlə cavab gəlməsə, aidiyyatı üzrə Çağrı mərkəzinə - "9108" nömrəsinə müraciət etsinlər".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

CAVİD BABAYEV 3 Aprel 2020 14:24
это все понятно, но у меня вопрос. Моему отцу 73 года, у него онкологическое заболевание. ему нужно со следующей недели 3 раза в институте переливания крови проходить процедуры. Там назначают время когда приходить,тогда быть я не могу ждать час, а тем более получить отказ. Врач сказал что надо срочно начинать лечение.