Göyçayda mikroavtobusla minik avtomobili toqquşub, yaralılar var

Qəzalar 3 Aprel 2020 19:15 Oxunub 945
Göyçayda mikroavtobusla minik avtomobili toqquşub, yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Göyçay şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın APA-nın yerli bürosuna istinadən xəbərinə görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. "Chevrolet" markalı minik avtomobili 2 saylı şəhərarası marşrut üzrə hərəkət edən "Mercedes" markalı sərnişin mikroavtobusu ilə toqquşub. Hadisə zamanı mikroavtobusun sürücüsü, 1976-cı il təvəllüdlü Əhmədov Əli Rasim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Minik avtomobilinin sürücüsü isə yüngül xəsarət alıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh