Bolqarıstanda 22 TIR-ın iştirakı ilə kütləvi qəza: 2 ölü, 3 yaralı - FOTO

Qəzalar 3 Aprel 2020 20:45 Oxunub 1760
Bolqarıstanda 22 TIR-ın iştirakı ilə kütləvi qəza: 2 ölü, 3 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb

Bolqarıstanda 22 TIR-ın və 1 polis avtomobilinin iştirakı ilə kütləvi yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident aprelin 3-də “Mariça” avtomagistralının 67-ci kilometrliyində, Harmanlı şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Bu barədə Haskovo əyalət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, kolonna irəliləyən 50-yə yaxın yük maşını havanın dumanlı və görmə səviyyəsinin aşağı düşməsi səbəbindən “Kapitan Andreevo” nəzarət-buraxılış məntəqəsindən polis avtomobili ilə müşayiət edilib. Bundan sonra hələlik müəyyən olunmayan səbəblərdən 22 yük maşını və 1 polis avtomobili bir-birinə çırpılıb.

Nəticədə 2 nəfər ölüb, daha 3-ü isə xəsarət alıb. Çox sayda TIR-a ziyan dəyib. 

Qəzadan sonra magistral yol müvəqqəti bağlanıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh