“PAZ” yol kənarına aşdı: 1 ölü, 3 yaralı - FOTO

Qəzalar 3 Aprel 2020 22:15 Oxunub 1245
“PAZ” yol kənarına aşdı: 1 ölü, 3 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Rusiyanın Arxangelsk əyalətində sərnişin avtobusu qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident aprelin 3-də səhər saatlarında Uren – Nikolsk – Kotlas trasının 472-ci kilometrliyində qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.

Məlumata görə, 1973-cü il təvəllüdlü sürücü idarə etdiyi “PAZ” markalı sərnişin avtobusu ilə hərəkətdə olarkən sükan idarəetməsini itirib. Bundan sonra idarəetmədən çıxan avtobus yol kənarına hərəkət edərək aşıb.

Nəticədə 1 qadın sərnişin dünyasını dəyişib, sürücü və daha 2 sərnişin də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Bildirilir ki, hadisə zamanı avtobusda 5 sərnişin olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh