Fərqlənmə nişanı üçün müraciət edənlərin əsl məqsədi...

Gündəm 3 Aprel 2020 21:39 Oxunub 2257
Fərqlənmə nişanı üçün müraciət edənlərin əsl məqsədi...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mais Ağayev: "Sürücülərin bir çoxuna fərqlənmə nişanı verilməyib"

"Bakı Nəqliyyat Agentliyinin Fərqlənmə nişanlarının rəsmiləşdirilməsi xidmətinə müraciət edənlərin sayı kəskin şəkildə artıb. Adi günlərdə 50-dən artıq müraciətin daxil olduğu halda bu gün ərzində 500 nəfərə yaxın sürücü fərqlənmə nişanı alınmasına dair müraciət edib."

Bunu Avtosfer.az-a BNA sözçüsü Mais Ağayev deyib. Onun sözlərinə görə, müraciət edənlərin böyük əksəriyyəti uzun müddət fərqlənmə nişanı olmadan qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülər olub. 
"Müraciət edənlərin bir qismi vergi ödəyicisi kimi qeydiyyatda olsa da onların idarə etdiyi avtomobil taksi kimi qeydiyyatda olmayıb. Onların arasında yaşı 65-dən yuxarı sürücülərin olduğu da müəyyən olunub. Eyni zamanda, nəqliyyat vasitələrinin Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarxili qərarına əsasən Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə uyğun olmadığı da müəyyən edilib."

Mais Ağayev bildirib ki, bu səbəbdən nəzərə alaraq həmin sürücülərin avtomobillərinə fərqlənmə nişanı verilməyib. 

"Nəqliyyat vasitəsi taksi minik avtomobili kimi qeydiyyatda olan, davamlı olaraq fərqlənmə nişanı alan sürücülərə və taksi şirkətlərinə fərqlənmə nişanının verilməsi təmin edilib."
BNA sözçüsü qeyd edib ki, bir gün ərzində xeyli sayda sürücünün fərqlənmə nişanı əldə etmək istəməsi sui-istifadə halı ilə bağlıdır. "Həmin sürücülərin əsl məqsədi xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri tətbiq olunan zaman taksi xidməti adı altında sərbəst hərəkət imkanı əldə etməkdir."

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh