Hansı halda şəxsi avtomobillə hərəkətə icazə verilir? - DİN-dən açıqlama

Gündəm 4 Aprel 2020 00:15 Oxunub 5462
Hansı halda şəxsi avtomobillə hərəkətə icazə verilir?                  - DİN-dən açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudlaşdırılır

Daxili İşlər Nazirliyi tətbiq olunan xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında şəxsi minik nəqliyyat vasitələrinin hərəkətinə hansı əsasda icazə verilməsinə aydınlıq gətirib.

Avtosfer.az xəbər verir ki, DİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, sözügedən ərazilərdə avtomobillə hərəkətə yalnız xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında, habelə “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə göndərməklə konket müddətə icazə aldıqda yol verilir.

Qeyd edək ki, aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh