Astarada polis əməliyyat keçirdi: narkotacir yaxalandı - FOTO

Gündəm 4 Aprel 2020 10:30 Oxunub 669
Astarada polis əməliyyat keçirdi: narkotacir yaxalandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat tədbiri keçirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şahağacı kənd sakini Nəsirov Elşad 20 qram narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq E.Nəsirovun Şahağacı kəndindəki yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 225 qram tiryək, 930 qramdan artıq psixatrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh