Azərbaycanda daha 78 nəfər koronavirusa yoluxdu

Gündəm 4 Aprel 2020 15:50 Oxunub 753
Azərbaycanda daha 78 nəfər koronavirusa yoluxdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlardan 17-nin vəziyyəti ağırdır

Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Operativ Qərargahdan Avtosfer.az-a verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh