"Şəhərimizin maskalı polis dostları"- Bakının boş küçələrinin sakinləri - FOTO

Gündəm 4 Aprel 2020 16:00 Oxunub 1457
"Şəhərimizin maskalı polis dostları"- Bakının boş küçələrinin sakinləri - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məzuniyyət, ezamiyyətdə olan polislər də bu gün işdədir

Məlumdur ki, Dövlət Yol Polisi əməkdaşları mövcud pandemiya ilə əlaqədar ən çox təhlükədə qalan vətəndaşlardandır. Xəstəliyə qarşı həkimlərdən öncə tədbirlərin həyata keçirilməsində bu gün məhz onlar öndədir. Həyatları bahasına ağızlarında maska, insanları təcrid edilərək evlərində qalmalarını xahiş, tələb, təklif edir. Bu gun Bakının boş qalan küçələri heç nəyə baxmadan keşiyimizdə dayanan maskalı polislərlə əhatəlidir. Onlar gecə-gündüz iş başındadır. Aldığımız məlumata görə onlar bəzən restoran və kafelər bağlı olduğundan, heç nahar da edə bilmirlər. Bakı səhər Baş Yol Polisi İdarəsidən bildirilir ki, vəziyyətlə əlaqədər demək olar ki, bütün şəxsi heyət gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hətta, məzuniyyət, ezamiyyətdə olan polislər də bu gün işdədir.

Hər birinə təşəkkür edirik.

Fotolar nəqliyyat eksperti Elməddin Muradlıya aiddir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh