Xəstə aparan “təcili tibbi yardım” maşını “Nissan”la toqquşdu: 4 nəfər xəsarət aldı – VİDEO

Qəzalar 4 Aprel 2020 16:30 Oxunub 1150
Xəstə aparan “təcili tibbi yardım” maşını “Nissan”la toqquşdu: 4 nəfər xəsarət aldı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin baş vermə səbəbləri araşdırılır

Rusiyanın Moskva şəhərində "təcili tibbi yardım" maşınının və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza aprelin 4-də Maloy Filevsk küçəsində qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.

Məlumata görə, xəstəxanaya xəstə aparan “təcili tibbi yardım” maşını, naməlum səbəblərdən “Nissan” markalı  minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

Nəticədə xəstə ilə birlikdə 4 nəfər xəsarət alıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh