Ağstafada avtomobil transformatora çırpıldı, onlarla ev işıqsız qaldı

Qəzalar 4 Aprel 2020 18:45 Oxunub 1490
Ağstafada avtomobil transformatora çırpıldı, onlarla ev işıqsız qaldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Ağstafa rayonunda yol qəzası baş verib. 

Avtosfer.az xəbər verir ki, "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı transformatora çırpılıb. Nəticədə transformatora və avtomobilə ciddi ziyan dəyib. Eyni zamanda ərazidə elektrik enerjisi kəsilib, onlarla ev işıqsız qalıb. 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh