Xırdalanda iki avtomobil toqquşdu, xəsarət alan var

Qəzalar 5 Aprel 2020 09:45 Oxunub 1419
Xırdalanda iki avtomobil toqquşdu, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Abşeron rayonunda bir nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın “Report”-a istinadən məlumatına görə, hadisə rayonun Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Nəzirli Nail Nazim oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Müayinə zamanı ona sol bud sümüyünün sınığı, sağ diz qapağının sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh