20 minə yaxın avtomobilin postlardan keçməsinin qarşısı alınıb - DYP açıqlama yaydı

Yol polisi 5 Aprel 2020 13:30 Oxunub 1414
20 minə yaxın avtomobilin postlardan keçməsinin qarşısı alınıb        - DYP açıqlama yaydı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
510 avtomobil olmaqla gün ərzində 984 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 04.04.2020-ci il saat 08:00-dan 05.04.2020-ci il 00:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə 04.04.2020-ci il saat 08:00-dan 05.04.2020-ci il 00:00-dək olan müddət ərzində  Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 33-ü rayon, 68-i paytaxt istiqamətinə olmaqla 101, Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 14-ü rayon, 48-i paytaxt istiqamətinə olmaqla 62, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 51-i rayon, 75-i paytaxt istiqamətinə olmaqla 126, Sumqayıt şəhəri ərazisində yerləşən keçid postundan 185 və Abşeron rayonu ərazisində yerləşən keçid postundan 510 avtomobil olmaqla gün ərzində 984 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb.

Ümumilikdə 19.03.2020-ci il tarixindən bu günədək respublika əhəmiyyətli avtomobil yollarında 19759 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh