Pəncərəsinin qarşısında səs-küy salan 5 nəfəri güllələyərək qətlə yetirdi - FOTOLAR

Gündəm 5 Aprel 2020 14:15 Oxunub 920
Pəncərəsinin qarşısında səs-küy salan 5 nəfəri güllələyərək qətlə yetirdi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis 1988-ci il təvəllüdlü qəsəbə sakinini həbs edib

Rusiyanın Ryazan əyalətində polis 5 nəfəri güllələyərək qətlə yetirən şəxsi həbs edib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident aprelin 4-də axşam saatlarında Elatıma qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 5 mərtəbəli binanın mənzillərindən birində yaşayan 32 yaşlı qəsəbə sakini pəncərəsinin qarşısında bir neçə gəncin yüksək səslə danışmasına görə, eyvana çıxaraq onlara öz iradını bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaşanıb. Evindəki ov tüfəngini götürərək bloka çıxan kişi aralarındakı 1 qadın olan 5 nəfərə atəş açıb. Nəticədə onların 4-ü hadisə yerində, daha biri isə xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh