Bakıda qadın yanğın zamanı özünü binadan yerə ataraq öldü - VİDEO

Gündəm 5 Aprel 2020 14:45 Oxunub 810
Bakıda qadın yanğın zamanı özünü binadan yerə ataraq öldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakının Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın zamanı 1955-ci il təvəllüdlü Leyla Manafova özünü eyvandan yerə atıb.

Avtosfer.az-ın “Report”-a istinadən məlumatına görə, bu zaman o, ağır bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, L.Manafovanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasındakı yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh