Karantin rejimini pozan Lənkəran sakini həbs edilib - FOTO

Gündəm 5 Aprel 2020 15:45 Oxunub 1333
Karantin rejimini pozan Lənkəran sakini həbs edilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır

Karantin rejimini pozan Lənkəran sakini həbs edilib. Onun üzərindən narkotik vasitə də aşkar edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Lənkəran rayonunun Parakənd kəndinin sakini Xamid Bəgəliyev Astara rayonunun Çayoba kəndində karantin rejimini pozaraq stasionar postu keçmək istəyərkən Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən X.Bəgəliyev özünü şübhəli apardığı üçün Astara Rayon Polis Şöbəsinə gətirilərək üzərinə baxış keçirilib. Bu zaman onun üzərindən 2 qrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh