“Toyota” TIR-la toqquşdu: 2-si uşaq, 8 yaralı - FOTO

Qəzalar 5 Aprel 2020 17:38 Oxunub 990
“Toyota” TIR-la toqquşdu: 2-si uşaq, 8 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanın baş vermə səbəbləri araşdırılır

Saxa Respublikasında (Yakutiya) iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident aprelin 5-də yerli saatla 10:00 radələrində “Kolıma” federal avtomagistralının 101-ci kilometrliyində qeydə alınıb. Bu barədə Yakutiyanın Baş Dövlət Yol Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, “Toyota Hiace” mikroavtobus, naməlum səbəblərdən yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn “MAZ” markalı TIR-la toqquşub. Zərbənin şiddətindən “Toyota”nın ön hissəsi deformasiyaya uğrayıb.

Nəticədə 2-si uşaq olmaqla ümumilikdə 8 nəfər xəsarət alıb. Yaralılar, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməkliyi ilə Mayyak kən xəstəxanasına çatdırılıblar.

Polis qəzanın baş vermə səbəblərini araşdırır.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh