Professor: “Dünya əhalisinin deyilənlərdən də çoxu virusa yoluxub” - MÜSAHİBƏ

Gündəm 5 Aprel 2020 18:15 Oxunub 844
Professor: “Dünya əhalisinin deyilənlərdən də çoxu virusa yoluxub”           - MÜSAHİBƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu virusun dünya üçün yaratdığı problem mənim üçün 3 yerə bölünür: tibbi, iqtisadi və siyasi

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevin “MediaPost”a müsahibəsini Avtosfer.az olaraq təqdim edirik.

- Tibb sahəsinin mütəxəssisləri - o cümlədən siz - COVID-19 virusu ilə bağlı hər bir ölkə üçün pik hədd olacağını bildirir. Ayrı-ayrı ölkələr bununla bağlı özləri üçün təxmini tarixlər də müəyyənləşdirib. Bəs dünya üçün təqribi pik hədd tarixi müəyyənləşdirmək mümkündürmü?

- Ümumiyyətlə hər kəsin bilməsi vacibdir ki, ölkələr üçün ayrıca pik hədlərin tərtib edilməsi düzgün aparılan statistikaya əsasən olur. Bunun üçün də vacib olan amil, hətta xəstəliyi gizli keçirənlərin də statistikaya alınmasıdır. Bu da bəzi ölkələrin pandemiya ilə mübarizəsi taktikasına daxil olsa da, təəssüflər olsun ki, bir çox ölkələrin mübarizə siyasətinə daxil deyil. Bu səbəbdən də hər kəsə aydın olmalıdır ki, məsələn, Çin və İranda göstərilən rəsmi saylar heç də həqiqətləri əks etdirmir, dəqiq saylar göstərilənlərdən dəfələrlə çoxdur. Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, ümumi dünya üçün pik həddin proqnozunu dəqiq vermək mümkün deyil.

- Pik həddən sonra bir çox ölkələrdə tətbiq edilən hərəkətə məhdudiyyət götürülsə, nə baş verəcək? Yenidən artım ola bilərmi?

- Ümumiyyətlə, bu barədə bu günə qədər metodik olaraq dəqiq bir elmi tədqiqat yoxdur ki, ona əsaslanıb dəqiq cavab verilsin. Amma əhalinin müəyyən zamandan sonra immun qazanması faktı var ki, buna görə müəyyən zamandan sonra yoluxmaların sayı azala bilər. Burada maraqlı sual təkrar yoluxma barədə yaranır ki, bunun da elmi cavabını meymunlar üzərində aparılan tədqiqatla vermək olar ki, onlar bu tədqiqatda yenidən virusa yoluxmayıblar. Amma insan üzərində təkrar yoluxmanın bu günə qədər elmi tədqiqatı yoxdur.

- Müsahibələrinizdə bildirmisiz ki, elmi araşdırmaya görə, 5 xəstədən 4-də virusun simptomları gizli və ya çox yüngül formada keçir. Mümkündürmü ki, hazırda dünya əhalisinin çoxu bu xəstəliyə artıq tutulub, sadəcə xəbərləri yoxdur?

- Yuxarıda qeyd etdiyim kimi bunun elmi əsası da var ki, dünya əhalisinin çoxu özləri də bilmədən buna tutulublar və rəsmi statistikaya da alınmayıblar. Bunların sayını isə sadəcə, çox maddi vəsait tələb edən böyük tədqiqatlarla aşkarlamaq mümkündür ki, artıq Almaniyada - Bayerndə belə bir tədqiqata başlamaq qərarına gəlinib.

- COVID-19 virusu dünya üçün nə zaman problem sayılmayacaq?

- Bu virusun dünya üçün yaratdığı problem mənim üçün 3 yerə bölünür: tibbi, iqtisadi və siyasi. Tibbi problem barədə onu deyə bilərəm ki, məsələnin tam həlli peyvənd tapıldıqdan sonra olacaq.

- Gələcəkdə dünyada bundan da təhlükəli xəstəlik yayıla bilərmi?

- Əgər yaxın keçmişə nəzər salsaq SARS və MERS virusları yayılan zamanda da elm adamları heç vaxt belə bir proqnozu inkar etmirdilər. İndi də həmçinin gələcəkdə belə təhlükəli yeni virusların yayılacağını inkar etmək olmaz.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh