Azərbaycanda koronavirusa yoluxan 2 nəfər vəfat etdi

Gündəm 5 Aprel 2020 19:30 Oxunub 1207
Azərbaycanda koronavirusa yoluxan 2 nəfər vəfat etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb

Azərbaycan Respublikasında kpronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olmuş, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.

Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh