Azərbaycanda koronavirusa yoluxmanın ikinci dalğası başlaya bilər - Professordan ŞOK AÇIQLAMA

Gündəm 5 Aprel 2020 19:45 Oxunub 1068
Azərbaycanda koronavirusa yoluxmanın ikinci dalğası başlaya bilər                          - Professordan ŞOK AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsanları aparıb xüsusi yerlərə yığmaq lazım deyil

Subklinik, yəni əlaməti olmayan xəstələri ev karantininə götürmək məsləhətdir. Avtosfer.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib. Professor bildirib ki, xaricdən gələn və heç bir xəstəlik əlaməti olmayan şəxsləri də 2 həftə evdə karantinə götürmək lazımdır: “Buna görə insanları aparıb xüsusi yerlərə yığmaq lazım deyil. Əksinə bu zaman xəstələnmək təhlükəsi də artır”.

Adil Qeybulla əlavə edib ki, aprelin ortalarına qədər yoluxmanın pik dövrü yaşana bilər: “Əgər karantin rejiminin şərtlərinə əməl olunubsa, bundan sonra yavaş-yavaş stabilləşmə və enmə müşahidə edəcəyik. Yox əgər şərtlər pozularsa, ölkədə ikinci dalğa ola bilər. Artıq dünyada koronavirusa təkrar yoluxanlar var. Ona görə də profilaktik tədbirlər, xüsusilə də sosial izolyasiya, yəni insanların evdə qalması, mümkün qədər təmasların məhdudlaşdırılması profilaktikada ən mühüm şərtdir”.

Professor qeyd edib ki, koronavirusun inkubasiya dövrü 2 həftədən 4 həftəyədək çəkə bilər: “Əgər 10-12 həftə müddətində lazımi tədbirlər görülərsə, infeksiyanı lokallaşdırmaq olar. Təbii ki, sərhədlərin bağlanmasından öncə ölkəyə gələn insanlarda yoluxma halları müşahidə edilirdi. Daha sonra ölkə daxilində yaşayanlarda da oxşar hal baş verdi”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh