Sumqayıtda yol polisi əməkdaşı qəza törədib - Yaralı var - FOTO

Qəzalar 5 Aprel 2020 20:00 Oxunub 1707
Sumqayıtda yol polisi əməkdaşı qəza törədib  - Yaralı var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Sumqayıtda yol polisi əməkdaşı idarə etdiyi avtomobili ağaclara çırpıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb. Belə ki, sürücü 1985-ci il təvəllüdlü İsa Hüseynov "Lada Priora” markalı avtomobilin idarəetməsini itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaclara çırpıb. Qəza nəticəsində sürücü və həyat yoldaşı 1987-ci il təvəllüdlü Fərqiyyə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. F.Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ.Hüseynov Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh