Taksi xidməti göstərən 188 nəfər barədə məlumat açıqlandı

Gündəm 5 Aprel 2020 21:15 Oxunub 1553
Taksi xidməti göstərən 188 nəfər barədə məlumat açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
188 nəfər barədə məlumat portala yerləşdirilib

Məlumat verdiyimiz kimi taksi fəaliyyəti göstərmək üçün mart ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən müraciətləri əsasında "Fərqlənmə nişanı" əldə edən şəxslər barədə məlumatların "icaze.e-gov.az" portalına daxil edilməsi üzrə işlər davam edir. 

      Bu barədə Avtosfer.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.              "Artıq bu saata qədər Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən taksi xidməti göstərən 188 nəfər barədə məlumat portala yerləşdirilib. Sizə təhlükəsiz səfər arzu edirik! Proses davam edir. Tək tələbimiz sərnişinləri təhlükəsiz və qaydalara əməl edərək daşımağınızdır!"

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh