FHN koronavirusla bağlı vətəndaşlara müraciət etdi - VİDEO

Öyrənək 6 Aprel 2020 00:15 Oxunub 2099
FHN koronavirusla bağlı vətəndaşlara müraciət etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hər kəsi Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq"

Fövqəladə Hallar Nazirliyi respublikamızda koronavirusun yayılma təhlükəsinin qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində vətəndaşlara müraciət edib. Avtosfer.az-ın məlumatına görə, müraciətdə deyilir:

"Ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, məlum olduğu kimi, aprel ayının 20-nə kimi ölkədə xüsusi karantin rejimi tətbiq edilir.

Özünüzün, əzizlərinizin və bütün Azərbaycan cəmiyyətinin sağlamlığı naminə hər kəsi karantin rejiminə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq".

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh