“Mazda” “təcili tibbi yardım”a çırpıldı: 3 nəfər xəsarət aldı - FOTO

Qəzalar 6 Aprel 2020 09:00 Oxunub 888
“Mazda” “təcili tibbi yardım”a çırpıldı: 3 nəfər xəsarət aldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Rusiyanın Kuzbass şəhərində təcili tibbi yardım maşınının və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident aprelin 6-da səhər saatlarında Leninsk – Kuzneçkiy – Mejdureçensk avtomagistralının 187-ci kilometrliyində qeydə alınıb. Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, çağırışa gedən “UAZ” markalı təcili tibbi yarım maşını “Mazda Familia” markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən “UAZ” aşıb.

Nəticədə təcili tibbi yardım briqadasının 3 əməkdaşı xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Bildirilir ki, qəza minik avtomobilinin sürücüsünü yol hərəkəti qaydalarına  riayət etməməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh