Xocalı rayon Polis Şöbəsinin əməkdaşları “Evdə qal” devizi altında aksiya keçirib - FOTO

Gündəm 6 Aprel 2020 11:30 Oxunub 1237
Xocalı rayon Polis Şöbəsinin əməkdaşları “Evdə qal” devizi altında aksiya keçirib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Evdə qal” devizi altında müxtəlif ərzaq məhsullarından və tibbi ləvazimatlardan ibarət sovqatlar verilib

Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi və bir neçə kəndində yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlarımıza “Evdə qal” devizi altında müxtəlif ərzaq məhsullarından və tibbi ləvazimatlardan ibarət sovqatlar verilib. Avtosfer.az xəbər verir ki, həmçinin onlarla maarifləndirici mövzuda söhbətlər aparılıb, koronavirus pandemiyasının səbəb ola biləcəyi bütün mənfi hallar barədə geniş məlumat verilib. Virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsi tövsiyə edilib. Sovqatları qəbul edən ailələr istər RPŞ-nin, istərsə də rayon İcra Hakimiyyətinin mütəmadi göstərdikləri yardımlara görə təşəkkürünü bildiriblər.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh