Karantin rejimini pozan 6 nəfər həbs edildi, 3 800 nəfər cərimələndi - STATİSTİKA

Gündəm 6 Aprel 2020 12:15 Oxunub 973
Karantin rejimini pozan 6 nəfər həbs edildi, 3 800 nəfər cərimələndi    -  STATİSTİKA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlardan Bakı şəhəri üzrə 1588 nəfərə cərimə tətbiq edilib

Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 5-dən 6-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 5, o cümlədən Bakı şəhərində 2 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, həmin obyekt sahiblərindən 1 nəfər inzibati həbs edilib, 4 nəfər isə inzibati cərimə olunub.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 3796 nəfərə, onlardan Bakı şəhəri üzrə 1588 nəfərə cərimə tətbiq edilmiş, 5 şəxs inzibati qaydada həbs olunub.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən “WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 1 nəfərə xəbərdarlıq edilib.

Ümumilikdə ötən gün ərzində respublika üzrə 6 nəfər inzibati qaydada həbs, daha 3800 nəfər cərimə olunub, 1 nəfərə isə xəbərdarlıq edilib.

 

Namiq Musayev

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh