“Taksi”yə əyləşən şəxslər sürücünü döyüb avtomobili qarət etdilər - Suraxanıda

Gündəm 6 Aprel 2020 13:15 Oxunub 680
“Taksi”yə əyləşən şəxslər sürücünü döyüb avtomobili qarət etdilər - Suraxanıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Bakının Suraxanı rayonu ərazisində “taksi” sürücüsünə qarşı quldurluq edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə müraciət edən Qaraçuxur qəsəbə sakini  H.Baxşəliyev aprelin 5-də saat 2 radələrində qəsəbə ərazisində “VAZ-21015” markalı avtomobilinə sərnişin qismində oturmuş 2 nəfərin onu yumruqla vuraraq mobil telefonunu və avtomobildə olan maqnitofonunu alıb getdiyini bildirib.

Suraxanı RPİ 31-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri K.Bayramov və əvvəllər məhkum olunmuş Ə.Məmiyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh