Xətaidə mənzildən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Gündəm 6 Aprel 2020 14:15 Oxunub 537
Xətaidə mənzildən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb

Bakıda mənzildən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ 36-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də rayon ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Abdulqədirov saxlanılıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh