Zərdabda xəstəxananın həyətini su basdı: İcra Hakimiyyəti təsdiqlədi, amma...

Gündəm 6 Aprel 2020 14:45 Oxunub 1018
Zərdabda xəstəxananın həyətini su basdı:                          İcra Hakimiyyəti təsdiqlədi, amma...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəstəxananın həyətini su basmayıb, olubsa da, artıq keçib gedib

Zərdab Rayon Mərkəzi Xəstəxanasının həyətini su basıb. 

Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə fotolar paylaşılıb.

Vətəndaşlar yağışlı hava şəraitindən asılı olaraq, belə vəziyyətin dəfələrlə müşahidə olunduğunu qeyd edirlər.

Məsələ ilə bağlı Zərdab Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirilib ki, görüntülər ötən gün yağış yağanda lentə alınıb:

“Təəssüf ki, ötən gün yağışlı hava şəraitinə görə, Zərdab Rayon Mərkəzi Xəstəxanasının həyətində yağış suları yığılıb. Bu, bir qədər çətinlik yaratsa da, tez bir zamanda problem aradan qaldırılıb”.

Məsələ ilə bağlı Zərdab Rayon Mərkəzi Xəstəxanası ilə - 02029-6-60-40 - telefon nömrəsilə əlaqə yaratdıq. 

Özünü təqdim etmək istəməyən şəxs qeyri-etik üslubda “Nə lazımdır? Sualınızı verin!” desə də, o, sualımıza cavab verməkdən imtina edib. Yaranmış vəziyyətlə bağlı onun cavabı sadəcə, bu olub: “Xəstəxananın həyətini su basmayıb, olubsa da, artıq keçib gedib”. 

Onu da qeyd edək ki, bizə verilən məlumata görə, əlaqə saxladığımız nömrə - 02029-6-60-40 - xəstəxananın qəbul şöbəsinin deyil, baş direktorun otağının nömrəsidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh