“Audi” 833 ədəd “TT”-ni geri çağırır

Avtoxəbər 6 Aprel 2020 18:00 Oxunub 1584
“Audi” 833 ədəd “TT”-ni geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanma baş verə bilər

“Audi” avtomobil şirkəti Rusiya bazarlarından 833 ədəd “TT” modellərini geri çağırır. Avtosfer.az xəbər verir ki, bu 2015 - 2019-cu illərdə realizə olunmuş avtomobillərə şamil edilir. Bu barədə “Rosstandart” məlumat yayıb.

Bildirilir ki, çağırışa səbəb, nəqliyyat vasitələrində yol qəzası zamanı yanacaq çənində zədələnmə və germetikliyin itirilməsi ehtimalıdır. Belə olarsa yanacaq sızması və yanma baş verə bilər.

Avtoservisə düşən model sahibləri, avtomobillərini yaxınlıqdakı servis mərkəzlərinə gətirərək nasazlığı pulsuz təmir etdirə bilərlər.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh