Suraxanıda yol polisi karantin rejiminə belə nəzarət edir - FOTO - VİDEO

Yol polisi 6 Aprel 2020 18:15 Oxunub 1491
Suraxanıda yol polisi karantin rejiminə belə nəzarət edir - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İcazəsi, xüsusi bildirişi olmayan nəqliyyat vasitəsilərinin sürücüləri karantin rejimini pozduğunu görə cərimələnir

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər davam etdirilir.

Avtosfer.az xəbər verir ki, gücləndirilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayonunun bir sıra küçə və prospektlərində postlar qurulub. Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları postdan keçən hər bir nəqliyyat vasitəsini fərdi şəkildə saxlayaraq yoxlayır. İcazəsi, xüsusi bildirişi olmayan nəqliyyat vasitəsilərinin sürücüləri karantin rejimini pozduğunu görə cərimələnir.

Eyni zamanda avtomobildə olan icazəsi olmayan sərnişinlər barəsində də tədbir görülür.

 

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh