"ASAN Xidmət": Şayiə xarakterli halları yaradan şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək

Gündəm 6 Aprel 2020 19:00 Oxunub 1072
"ASAN Xidmət":   Şayiə xarakterli halları yaradan şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
bu cür halları yaradan şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir

Vətəndaşların nəzərinə çatdırmaq istərdik ki, sosial şəbəkələrdə işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsinə dair icaze.e-gov.az portalı vasitəsi ilə qeydiyyatın aparılması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.

Agentlikdən Avtosfer.az-a verilən məlumata görə müvafiq qeydiyyat prosesi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron qaydada www.e-sosial.az portalı vasitəsi ilə həyata keçirilir. 

 Ətraflı məlumat: http://sosial.gov.az/post/3318 

"icaze.e-gov.az portalı yalnız  müvafiq dövlət və özəl təşkilatlarının əməkdaşlarının xidməti zərurətlə əlaqədar hərkətlərinin təmin edilməsi məqsədi ilə onlar üçün icazənin alınmasını təmin edir.

Bir daha bildiririk ki, həqiqətə uyğun olmayan və şayiə xarakterli məlumatların yayımlanması xüsusi karantin rejiminin tələblərinə ziddir və bu cür halları yaradan şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir."-deyə məlumatda bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh