Yol polisi gücləndirilmiş iş rejimində çalışır - FOTO

Yol polisi 6 Aprel 2020 19:20 Oxunub 1219
Yol polisi gücləndirilmiş iş rejimində çalışır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İcazəsi olmayan sürücü və sərnişinlər cərimə edilir

Yol polisi əməkdaşları ölkəmizdə koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirləri davam etdirirlər.

Avtosfer.az xəbər verir ki, keçirilən tədbirlər çərçivəsində Yol Patrul Xidməti əməkdaşları tərəfindən paytaxtda müvafiq icazə olmadan hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri ciddi yoxlanılır.

Xüsusi rejimlə əlaqədar sürücülər və nəqliyyat vasitələrində olan sərnişinlər ciddi yoxlamalardan keçirilir. Səbəbsiz yerə yaşayış yerlərini tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilirlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh