Həbib Həsənov: "Əsasən sanitariya və gigiyena qaydalarına riayət edənlərə icazə veriləcək"

Gündəm 6 Aprel 2020 20:15 Oxunub 846
Həbib Həsənov: "Əsasən sanitariya və gigiyena qaydalarına riayət edənlərə icazə veriləcək"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
taksi fəaliyyətinin tənzimlənməsi digər aidiyyətt qurumlar tərəfindən təmin edilir

"Məlum olduğu kimi, yeni koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına uyğun olaraq, ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər tətbiq olunur. Belə bir şəraitdə müvafiq sahədə dövlət tənzimləməsini həyata keçirən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) qarşısında duran əsas vəzifələrdən biri də əhalinin dayanıqlı, keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətləri ilə təmin edilməsidir".

Avtosfer.az xəbər verir ki, bunu ”Report”a DANX-nin rəisi Həbib Həsənov bildirib.

Onun sözlərinə görə, xüsusi karantin rejimində əhalinin taksi xidmətləri ilə təmin edilməsi məqsədilə martda fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirmiş daşıyıcılar barədə müvafiq məlumatları rəhbərlik etdiyi qurum “icaze.e-gov.az” portalında yerləşdirib və həmin daşıyıcılar aprel ayı ərzində taksi xidməti göstərə bilərlər: “Eyni zamanda taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyətinin müvafiq qaydada rəsmiləşdirilməsi məqsədilə daşıyıcılar şəhərlərdə (rayonlarda) yerləşən “Azərpoçt” MMC-nin mərkəzi poçt filiallarında (şöbələrində) DANX-nin əməkdaşlarına yaxınlaşaraq “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər. Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazisi üzrə taksi fəaliyyətinin tənzimlənməsi digər aidiyyətt qurumlar tərəfindən təmin edilir.

Əlavə olaraq bildirmək istərdim ki, xüsusi karantin rejimində sui-istifadə hallarına yol verilməməsi məqsədilə son 6 ay ərzində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icazə almış, avtonəqliyyat vasitələrinin texniki vəziyyəti qüvvədə olan təhlükəsizlik və istismar tələblərinə uyğun olan, zəruri sanitariya və gigiyena qaydalarına riayət edən daşıyıcıların fəaliyyətinə icazə verilməsinə üstünlük veriləcək.

Bir daha DANX olaraq əhalini koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ciddi zərurət olmadıqda, səfər etməməyə çağırırıq”, - o qeyd edib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh