“Bizim Tarla” 65 yaşdan yuxarı şəxslərə sovqat payladı - FOTO

Gündəm 6 Aprel 2020 23:15 Oxunub 1012
“Bizim Tarla” 65 yaşdan yuxarı şəxslərə sovqat payladı  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Brendin müxtəlif məhsulları qapı-qapı gəzilərək ehtiyac sahiblərinə çatdırılıb

Bütün dünyada pandemiya halını alan koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən xüsusi tədbirlər həyata keçirilir. Xüsusilə də, yaşı 65-dən yuxarı olan insanların risk qrupuna daxil edilməsi onların evdən çıxmaları üçün təhlükə hesab olunur. Bu yaş qrupuna aid şəxslər arasında xüsusi yardıma ehtiyacı olanlar da var. Avtosfer.az xəbər verir ki, bunları nəzərə alan “Bizim Tarla” markası karantin dövründə “ASAN Könüllüləri” Təşkilatının www.asanmektub.az saytına yerləşdirilmiş 65 yaşdan yuxarı tənha yaşayan insanların məktublarından bir qismini öhdəliyə götürüb. Brendin müxtəlif məhsulları qapı-qapı gəzilərək ehtiyac sahiblərinə çatdırılıb.

Ölkə daxilində sevilməklə bərabər, Azərbaycanın hüdudlarından kənarda da yüksək qiymətləndirilən adıçəkilən milli markamız eyni zamanda Biləsuvar Regional Mədəniyyət İdarəsi ilə birgə rayon ərazisində yaşayan dəstəyə ehtiyacı olan 65 yaşdan yuxarı tənha insanlara sovqatlar paylayıb.

Qeyd edək ki, dünyanın 40-dan artıq ölkəsinə ixrac edilən “Bizim Tarla” markasının əsasını təşkil edən məhsulların yetişdirildiyi “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC və Biləsuvar Konserv Zavodu dünyada böyük nüfuza malik Global GAP, BRC və digər məşhur sertifikatlara malikdirlər.

 

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh