Paytaxtın bu küçəsində yenidənqurma işləri yekunlaşmaq üzrədir - FOTO

Gündəm 6 Aprel 2020 23:30 Oxunub 973
Paytaxtın bu küçəsində yenidənqurma işləri yekunlaşmaq üzrədir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təmir başa çatıb

Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilmiş və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir.  Avtosfer.az xəbər verir ki, küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülmüş, müasir küçə dizaynının elemetlərindən istifadə edilib. 

Yolun hərəkət koridoru hər istiqamət üzrə 1 hərəkət zolağı olaraq layihələndirilməklə yolda yaranan ensiz boğazlar (butulka effekti) aradan qaldırılıb. Kəsişmələrdə və piyada keçidlərindən səki çıxıntıları inşa edilməklə keçidlər daha təhlükəsiz hala gətirilib, cib tipli parklanma yerləri təşkil edilib, avtobus dayanacaq məntəqələrinin yeri dəyişdirilməklə çarpaz formada yerləşdirilib.  

Eyni zamanda Məzahir Rüstəmov küçəsinin Seyid Əzim Şirvani küçəsi ilə kəsişməsində hərəkət təhlükəsizliyinin artırılması məqsədilə svetofor obyektinin quraşdırılması istiqamətində işlər aparılmaqdadır.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh